Rusiyada gərgin vəziyyət hökm sürür
15 baxış
Son xəbərlər
Rusiyada gərginləşən epidemioloji durum rusiyalıları vaksinasiyaya məcbur edir desək yanılmarıq.
Çünki, son həftənin nəticələrinə nəzər yetirsək görmək olar ki, COVID 19-a yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı durmadan artır.
Ölkə rəhbərliyi isə virusun yayılmasının qarşısını almaq üçün bir sıra ciddi addılmara əl atıb.
Belə ki, peyvənd olunmayanlar restoranlara, yataqxanalara buraxılmır, sosial xidmət sahələrində işləyə və ölkəni tərk edə bilmirlər. Dövlət məmurları isə məcburi şəkildə peyvənd olunmalıdır. Bu səbəbdən peyvənd olunanların sayı son bir həftə ərzində 3 dəfədən çox artıb.
Vaksinasiya üçün yaradılmış tibb məntəqəsində apardığımız çəkiliş zamanı biz də peyvənd olunmaq istəyənlərin uzun növbəsinin şahidi olduq. Könüllü şəkildə vaksinasiyaya gələnlər indiki anda bunun vacib və qaçılmaz olduğunu bildirdilər.
Qeyd edək ki, Rusiyada son günlərin yoluxma statistikasında rekord rəqəmlər günbəgün yenilənir. Son sutka ərzində isə COVID 19-dan ölənlərin sayı 700 nəfəri keçib. Bu da pandemiyanın ilk günlərindən bəri məlum olan statistika üzrə maksimum göstəricidir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.