AZ
Video yüklə

Rusiyada ağır qəza: Doqquz ölü

2 622 baxış Son xəbərlər
Rusiyanın Yakutiya Respublikasının Meqino-Kanqalasski rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilir.

Hadisə dekabrın 8-də axşam saatlarında “Kolıma” federal yolunda baş verib. Qarşı yola çıxan “UAZ” mikroavtobusu “KamAZ” yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobus alovlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.