AZ
Video yüklə

Rusiya vuruldu

1 317 baxış Son xəbərlər
Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.

Oxu24.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“İlkin məlumata görə, 28 böyük və 1 uşaq bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb”, – region başçısı açıqlayıb.

Qubernatorun sözlərinə görə, ölən şəxs isə qadındır, o, hadisə yerində keçinib.

Qladkov qeyd edib ki, olayda 22 çoxmərtəbəli evdə 49 mənzilə və 4 ticari obyektə ziyan dəyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.