AZ
Video yüklə

Rusiya "qanun oğru" Taronu İspaniyaya verdi

47 baxış Son xəbərlər
Qanuni oğru Taro (Tariyel Muluxov) Rusiyadan ekstradisiya edilərək İspaniya hüquq mühafizə orqanlarına təhvil verilib. Məlumata görə, Taro bir sıra cinayətlərdə iştirak etdiyinə görə İspaniya polisi tərəfindən axtarılırdı. Dünən onu Rusiya nümayəndələri beynəlxalq hava limanına çatdıraraq İspaniyanın hüquq-mühafizə orqanlarına təhvil veriblər.



Rusiyada Muluxov moskvalı bir iş adamını girov götürərək məbləğ tələb etdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum olunmuşdu.



Qanuni oğrunun Rusiyadan İspaniyaya verilməsinə onun Rusiya vətəndaşlığı mane olurdu, lakin sonradan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Muluxovun bu vətəndaşlığı qanun pozuntusu ilə əldə etdiyini öyrəniblər. Bundan sonra o, Rusiya vətəndaşlığından məhrum olunub.



Tariyel Oniani, həqiqətən, 2010-cu ildə hələ həbsxanada 10 illik cəza çəkən zaman Rusiya vətəndaşlığından məhrum edilibmiş və həmin vaxtdan vətəndaşlığı olmayan şəxsə çevrilmişdi. Keçən ilin avqustunda Daxili İşlər Nazirliyi onun Rusiyada qalmasını arzuolunmaz hesab etmişdi.



Cəzasını ömürlük həbs cəzasına məhkum olunmuş məhkumların saxlanıldığı “Qara Delfin” xüsusi rejimli cəza koloniyasında çəkirdi.



2019-cu ilin aprel ayında cəzasının müddəti başa çatdıqda, beynəlxalq axtarış və həbs barədə bildiriş əsasında koloniyadan çıxdıqdan dərhal sonra Orenburq vilayətində polis tərəfindən dərhal tutulmuşdu. İspaniya hələ 2006-cı ildə Onianini axtarışвa olanlar siyahısına salmışdı.



Taro kimdir?



Taro kimi tanınan Tariyel Oniani, Rusiyada ən nüfuzlu gürcü mütəşəkkil cinayətkar dəstələrindən biri olan “Kutaisi cinayətkar dəstəsi”nin liderlərindən biri hesab olunur.



O, Gürcüstanın Tkibuli dağ-mədən şəhərində anadan olub və KİV-lərdə yayılan məlumatlara görə, 17 yaşında oğurluq və soyğunçuluq ittihamı ilə ilk cəzasını alıb. 1970-ci illərin sonlarında isə “qanuni oğru” tituluna yiyələnib.



Oniani digər iki nüfuzlu “qanuni oğru” ilə – Ded Xssan (Aslan Usoyan) və Yaponçiklə (Vyaçeslav İvankov) münaqişədə olub.



Taro və Ded Xasan arasındakı münaqişə 2006-cı ildə İspaniyada həbs cəzası almış Şakro Molodoyun (Zaxari Kalaşov) imperiyasının bölünməsi üstündə meydana gəlmişdi. Bu qarşıdurmada Yaponçik Ded Xasanın tərəfini tutmuşdu.



Bəzi KİV-lər Taronu 2009-cu ildə Yaponçikin ölümündə və 2010-cu ildə Ded Xasana qarşı sui-qəsddə ittiham etmişdilər, lakin bu versiyaların heç biri hələ də sübutunu tapmayıb. Oniani özü 2010-cu ilin sentyabrında vəkil vasitəsi ilə Ded Xasana edilən sui-qəsdlə əlaqəsi olmadığını bildirmişdi.



Nüfuzlu “qanun oğrusu” Tariyel Onianinin (Taro) həbsdən azad olunması kriminal aləmdə ilin hadisəsi olmuşdu.



Demək olar ki, 10 illik həbs cəzası üzündən Ded Xasanın davamçıları ilə münaqişə dondurulmuşdu və hər kəs Taronun ilk addımlarının nə olacağını gözləyirdi. Təəssüf ki, asayiş keşikçiləri intriqanı uzatmaq qərarına gəldilər və təzəcə azad edilmiş “qanuni oğrunu” daha 40 gün həbs etdilər. Buna baxmayaraq, “1 nömrəli oğru” Şakro Molodoyun həbsdə olduğu bir vaxtda onun varisi Şişkan özünü heç bir şəkildə göstərmir və qalan “oğrular” ya xaricdədirlər, ya da dağınıq şəkildə “fəaliyyət” göstərirlər. Ona görə də Taronun özünü yenidən real qüvvə elan etmək şansı var.



Bu ilin aprelində Türkiyədə “Kutaisi” klanının lideri Tariyel Onianinin (Taro) görüşünə hər şey hazır idi. Ayın 9-da Taro Orenburq vilayətində yerləşən və “Qara Delfin” kimi tanınan 6 nömrəli xüsusi rejimli cəzaçəkmə koloniyasından çıxmalı idi.



Hələ yayda daxili işlər naziri Vladimir Kolokoltsev Taronun Rusiyada arzuolunmaz şəxs olması ilə bağlı əmr imzalamışdı, ona görə də sərbəst buraxıldıqdan sonra Taro əvvəlcə Gürcüstana, oradan da “qanuni oğru”lara çox dəstək verən Türkiyəyə uçmağı planlaşdırırdı. (Konkret.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.