AZ
Video yüklə

Rus tankları belə vuruldu

411 baxış Son xəbərlər
Rusiya ordusu Ukraynada müharibə başlayandan bəri son iki həftə ərzində ən böyük itki verib.

Oxu24.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat hesabatında deyilir.

Departament Ukrayna Baş Qərargahının hesabatı əsasında belə qənaətə gəlib.


"Müdafiə Nazirliyinin kəşfiyyatı Ukraynanın metodologiyasını yoxlaya bilməsə də, məlumatların göstərdiyi tendensiyalar çox güman ki, dəqiqdir", - hesabatda deyilir.

Son bir həftə ərzində Rusiya hər gün orta hesabla 824 əsgər itirir. Bu, ötən ilin martından bəri ən yüksək göstəricidir. Bu, 2022-ci ilin iyun-iyul aylarında qeydə alınan göstəricidən 4 dəfədən çox çoxdur.

Rusiya itkilərinin artması çox güman ki, bir sıra amillərlə, o cümlədən təlim keçmiş kadr çatışmazlığı, cəbhədə koordinasiya və resursların olmaması ilə bağlıdır. Nümunə olaraq Britaniya hərbçiləri Uqledar və Baxmutda rus hərbçilərinin hərəkətlərini göstərirlər.



Tərcümə: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.