Ruhi Əliyevanın filminin treyleri yayımlandı

  • 03.02.2020
  • 0

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır Romantik” filminin treyleri təqdim olunub.

Publika.az xəbər verir ki, baş rolları məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın canlandırdığı ekran işində eyni zamanda Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar da rol alıb.

Məlumat üçün bildirək ki, “Ağır Romantik” Almaniya, Niderland, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər günündə, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Nə düşünürsən?