Restoranlarda monitorinqlər davam etdirilir
55 baxış
Son xəbərlər
Şənlik mərasimlərinin müəyyən olunan tələblərə uyğun təşkili məqsədilə monitorinqləri davam etdirilir. Növbəti monitorinqlər zamanı bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib.
Bu, əsasən, tədbirə gələn qonaqlar üçün tətbiq olunan say məhdudiyyətinin pozulması, qonaqların COVID-19 pasportu və ya immunitet sertifikatının olmaması ilə bağlıdır. Bir sıra hallarda isə icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi faktları da qeydə alınıb.
Bu zaman monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, mərasimlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu da aşkarlanıb. ümumilikdə indiyədək 1900-dən çox obyektdə reyd keçirilib, şənliklərdə iştirak edən 230 minə yaxın qonağın müvafiq sənədləri yoxlanılıb.
Qeyd edək ki, monitorinqlər Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi tərəfindən keçirilir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.