AZ
Video yüklə
Azərbaycanda tanınmış jurnalist vəfat edib

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda tanınmış jurnalist vəfat edib

723 baxış Son xəbərlər
Salyanda jurnalist vəfat edib.

Sfera.az-ın məlumatına görə, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan "Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, "Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin!

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.