Rəşad Dağlı oğlu ilə

  • 05.07.2024
  • 0

Hazırda cəzaçəkmə müəssisəsində olan meyxanaçı Rəşad Dağlının (Əmirov) yayılan görüntüləri maraq doğurub.

TEMPİNFO xəbər verir ki, videoda söz ustasının oğlu Yusiflə görüşdüyü yer alıb.

Bəziləri görüntülərin yeni olduğunu düşünsə də, görüşün nə zaman çəkildiyi bəlli deyil.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.