AZ
Video yüklə

Rəmişin səhhəti ilə bağlı son məlumat

43 baxış Son xəbərlər
Bir neçə gün bundan əvvəl səhhətində ciddi problemlər yaranan və xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Rəmişin müalicəsi hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Axar.az Real TV-yə istinadla xəbər verir ki, Rəmişin səhhəti ilk günlərə nisbətən indi yaxşıdır. Həyat yoldaşı Güllü Hüseynova deyir ki, Rəmiş uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Son zamanlar isə vəziyyəti kəskinləşib. Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.