AZ
Video yüklə

Rayon qeydiyyatında olan Bakıda boşana bilərmi?

551 baxış Son xəbərlər
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.



Bu dəfə təqdim etdiyimiz mövzu boşanma prosesi ilə bağlıdır.



Sual: Rayon qeydiyyatında olan şəxs Bakıda boşanma ərizəsi verə və boşana bilərmi?



Mövzu ilə bağlı sualı cavablandıran vəkil Asif Allahverdyev bildirib ki,əslində bu proses mümkündür.

" Burada Qanunvericiliyin konkret tənzimlənməsi var.İddiaçı aliment və atalığın müəyyən edilməsi üçün faktiki yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilər. Əgər,xanım boşanma ilə yanaşı aliment tələbi qoyacaqsa,Bakıda yaşadığı yerdən arayış ala bilirsə,belə olan halda Bakıda yaşadığı rayon üzrə məhkəməyə müraciət edə bilər.Bunun üçün yaşadığı yer üzrə aidiyyatı orqandan yaşayış barədə arayış alınması zəruridir.",-deyə vəkil bildirib.



Müəllif: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.