AZ
Video yüklə

Ramiz Mehdiyev görün nə qədər maaş alır

698 baxış Son xəbərlər
Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərar verib.

Oxu24.com -un məlumatına görə, qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin yeni aylıq vəzifə maaşları da təsdiqlənib.

Yeni qərara əsasən Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev 3084 manat, Heydər Əliyev Mərkəzinin direktoru 3012, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru 2376, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru 2376, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru 2052, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru 1848, Atatürk Mərkəzinin müdiri 1848 manat maaş alacaq.

Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat (SƏRƏNCAM)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.