Novosibirsk metrosunda maraqlı hadisə baş verib. Yenicag.az xəbər verir ki, sərnişinlərdən birinin geyindiyi cins görənləri təəccübləndirib. Belə ki, o, metroya son dəb hesab edilən cırıq cinslə girib. Ancaq bu şalvarda yarıqlar diz tərəfdə yox, arxada olub. Modelyer Anastasiya Markova jurnalistlərə açıqlamasında yeni dəbi bu cür şərh edib: “Belə şalvarlar indi həqiqətən məşhurdur, amma şəxsən mən onları təqdirəlayiq hesab etmirəm. Çünki hər kəs tərəfindən təəccüb və istehza ilə qarşılanır. Əslində abırsızlıqdır. Hətta kişilər belə bu cür geyinən qız görəndə başlarını döndərirlər”, – deyə o, fikrini yekunlaşdırıb.