Qəzzadan şok xəbər

  • 10.04.2024
  • 0

İsrailin Qəzza şəhərinin qərbindəki Əl-Şati Qaçqın Düşərgəsində hərəkətdə olan avtomobili hədəf alması HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi həyatını itirib. Oxu24.com xəbər verir ki, Şahidlərdən alınan məlumata görə, İsrail Əl-Şati Qaçqın Düşərgəsinin sakinləri və yaxınları ilə Fitr bayramını qeyd etməyə gedən Haniyə ailəsinin çoxlu üzvlərinin olduğu avtomobili hədəfə alıb. Hücum zamanı Haniyənin ailəsi də daxil olmaqla avtomobildə olan hər kəsin yaralandığı və ya həyatını itirdiyi bildirilib. Prezident Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb. Ərdoğan İsrailin hücumunda üç övladı və üç nəvəsinin həlak olması ilə bağlı Haniyəyə başsağlığı verib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 560 fələstinli həlak olub, 75 min 933 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir. Miri

Nə düşünürsən?