AZ
Video yüklə

Qara dənizində iki gəmi yanıb: 11 ölü var

42 baxış Son xəbərlər
Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib. FaktXəbər bildirir ki, bu barədə "TASS" məlumat yayıb.



Rusiya qurumları məlumat verir ki, gəmilərin birində partlayış baş verib, başlayan yanğın o biri gəmiyə də yayılıb.



Hadisə zamanı ölənlərin sayı 11 nəfərə çatıb.



Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.