AZ
Video yüklə

Qara dənizdə təhlükəsizlik müzakirə edilib

9 baxış Son xəbərlər
Rusiya və Ukrayna müharibəsi başlayandan bu günə qədər Qara dənidən 3 mina tapılıb. İlk mina 13 mart tarixində görüldü. Dərhal Müdafiə Nazirliyinin Sualtı Müdafiə Qoşunları tərəfindən mina zərərsizləşdirdi. Bir neçə gündən sonra isə ard-arda daha 2 mina aşkarlandı.

Rusiya və Ukrayna müdafiə nazirləri ilə telefonla danışan Türkiyənin milli müdafiə naziri açıqlama verərək Qara dənizdə təhlükəsizlik üçün bütün addımları atacağıq dedi.

Məlumata görə, həm Rusiya, həm də Ukrayna tərəfindən Qara dənizə yerləşdirilən və hazırda üzərək Türkiyə tərəfə axıb gələn 420 mina mövcuddur. Bu minaların Körfəz ölkələri ilə bərabər zərərsizləşdirilməsi həmçinin, Qara dənizin Təhlükəsizliyi üçün birgə mübarizə aparılması naminə Türkiyənin milli müdafiə naziri H.Akar Bolqarıstan, Gürcüstan,Rumınya və Ukraynanın müdafiə nazirləri ilə onlayn formatda görüşdü.

Hərbi Ekspert Coşğun Başbuğ hesab edir ki, H.Akarın bu təşəbbüsü nəticəsiz qalmayacaq. Onun fikrincə Qara dənizdə təhlükə mənbəyinə çevrilən 420 mina körfəz ölkələri ilə birgə zərərsizləşdirilməlidir.

Qeyd edək ki, hazırda Sualtı Müdafiə Qüvvələri tərəfindən Qara dənizdə mina axtarışları davam edir. Qara dənizdə mina təhlükəsinə qarşı bəzi ərazilərdə balıq ovu qadağan edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.