Dekabrın sonlarında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya təcili səfər etdi. Vladimir Putin və Paşinyan görüşündə müzakirə ediləcək iki əsas məsələ kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi postuna namizəd və Rusiya qazının Ermənistana satılması göstərilirdi.
KTMT baş katibi postuna Belarusdan olan namizədi ötən ilin dekabrında Ermənistan istisna olmaqla, təşkilatın bütün ölkələri qəbul edib və təsdiqləyib. Məlumdur ki, Yerevan öz namizədini təkidlə dəstəkləyir.