Şimali Koreyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin bu ölkənin lideri Kim Çen In ilə görüşü başlayıb.
TEMPİNFO xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl paytaxtın Kim İr Sen meydanında Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Görüşdə maraq doğuran məqamlardan biri hər iki ölkə başçısının avtomobilə minərkən bir-birinə davamlı şəkildə "buyurun, buyurun" bildirməsi olub. Belə ki, onlar bir neçə saniyə centlmenlik nümayiş etdirərək maşına birinci kimin minəcəyinə qərar verə bilməyiblər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri iyunun 18-dən başlayıb. Bu, Rusiya dövlət başçısının 2000-ci ilin iyulundan bəri KXDR-ə ilk səfəridir.