AZ
Video yüklə

Putin və Ərdoğan arasında danışıqlar başladı

2 322 baxış Son xəbərlər
Bazar ertəsi, dekabrın 11-də, Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfərə gedib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin və Ərdoğan ikitərəfli əməkdaşlığı, ilk növbədə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinin gedişatını müzakirə edəcəklər.

Bundan əlavə prezidentlər Yaxın Şərqdəki vəziyyət, Qüds problemi və Suriya böhranı ətrafında fikir mübadiləsi aparacaqlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.