Putin Mariupola gözlənilməz səfər edib
9 baxış
Son xəbərlər
Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələri tərəfindən ələ keçirilən Ukrayna liman şəhəri Mariupola qəfil səfər edib.
Yayılan rəsmi videoda Putinin gecə vaxtı küçələrdə maşın sürməsi, sonra konsert salonuna baş çəkməsi göstərilir.
Bu, Putinin yenicə işğal olunmuş Ukrayna ərazisinə ilk səfəridir.
Tass xəbər agentliyi bildirir ki, o, ora helikopterlə gedib və bəzi yerli insanlarla görüşüb.
Videoda bir rus məmurunun Putinə şəhərin necə yenidən qurulduğunu izah etdiyi eşidilir.
Qeyd edək ki, Mariupol şəhəri uğrudan gedən döyüşlər Rusiya-Ukrayna müharibəsinin ən uzun və ən qanlı mərhələsi hesab olunur. Şəhər 10 aydan artıqdır ki, Rusiyanın işğalı altındadır.
Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların Rusiyaya qeyri-qanuni deportasiyası ilə bağlı hərbi cinayətlərdə ittiham olunan Putinin həbsi üçün order verib. Bu o deməkdir ki, o, məhkəmənin 123 üzv dövlətindən hər hansı birinə ayaq basarsa, həbs oluna bilər.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.