AZ
Video yüklə

Putin bizə kömək etsin - Ermənistanda aksiya

1 040 baxış Son xəbərlər
Ermənistanda Yanvarın 5-də itkin düşmüş hərbçilərin valideynləri hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər.

Uzun müddətdir itkin düşən hərbçilərin yaxınları etiraz aksiyaları keçirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan onları vaxtaşırı qəbul edir, lakin onun qeyri-müəyyən cavabları etirazçıları qane etmir.

Bu məqsədlə də etirazçılar Rusiya Prezidenti Vladimir Putinə oğullarını tapmaq istəyi ilə məktub da göndəriblər.

Qeyd edək ki, 5 yanvarda Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan 27 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində Qarabağdakı müharibə zamanı hərbi itkilərlə bağlı yeni məlumatları açıqlayıb. Ümumilikdə, 4 yanvar tarixinə kimi 1184 cəsəd tapılıb. Müharibənin başlanğıcından bu günə qədər Ermənistanda məhkəmə ekspertləri 3360 hərbçinin cəsədlərini və qalıqlarını, habelə 2500-dən çox məhkəmə genetik araşdırmasını araşdırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.