"Cib tutumundan artıq pul gec-tez özgənindir"... Belə bir məsəli boş yerə deməyiblər. Belə nəticəyə gəlmək olur ki, üzərimizdə çox pul daşımaq düzgün deyil. Bəs onda necə edək? Nəzərə alsaq ki, indi əksər məkanlarda plastik kartla ödəniş etmək mümkündür. nəğd pula ehtiyacımız da az olur. Amma yenə də bəzilərimiz cibimizdə ya da pul kisəmizdə pul olanda özümüzü daha rahat hiss edirik. Rəyini öyrəndiyimiz paytaxt sakinləri də sualımıza fərqli cavablar verdilər. Alimlərin araşdırmaları isə göstərir ki, əl çirki hesab edilən kağız pullar təhlükəli virus daşıyıcılarıdır. Bundan başqa nəğd şəkildə pulumuz olanda onları daha tez xərcləyirik. Plastik kartlardakı pullarınız isə itmir. Yox əgər plastik kartınızın özü itərsə, o zaman kartınızın məxsus olduğu banka müraciət edərək hesabınızı dondura və müəyyən vaxt çərçivəsində yenisini ala bilərsiniz. Beləcə itən plastik kartınızdakı vəsait yeni kartınıza köçürülür. Mütəmadi səfərlərdə olan şəxslərin isə üz tutduqları ölkələrə nəğd pul deyil plastik kart aparmaları daha sərfəlidir. Həmçinin plastik kartlarda vəsaitin növünü də seçmək şansınız var. Mütəxəssislər tövsiyyə edirlər ki, cari xərcləyəcəyiniz vəsaiti manat, digər xərclər üçün isə nəzərdə tutduğunuz məbləği dollar və avro ilə saxlamağınız daha məqsədə uyğundur.