Prezident İlham Əliyev “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib
2 baxış
Son xəbərlər
Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi bu gün öz işinə başlayıb.
REAL xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında iştirak edib.
Dövlət başçısı tədbirdə nitq söyləyib
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış olub.
Sərgidə ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər ölkələri təmsil edən 250-dən artıq şirkət iştirak edir. Sərginin əsas tərəfdaşı SOCAR-dır.
Qeyd edək ki, bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi” öz iyirmi beş illiyini qeyd edir. İlk “Caspian Oil and Gas” sərgisi 1994-cü ildə, Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlandığını bildirən “Əsrin Müqaviləsi”nin elə həmin ilin sentyabr ayında imzalanması ərəfəsində baş tutdu. O vaxt Prezident Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.