AZ
Video yüklə

Layihələr müzakirə edilib

12 baxış Son xəbərlər
“İnnovasiya Festivalı” çərçivəsində Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində IV “İKT innovasiya və startap ekosistemi” istiqaməti üzrə seminar işə başlayıb.



REAL xəbər verir ki, Seminarda Avropa Komissiyası, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarusun nümayəndələri və ekspertlər iştirak edib. Tədbirdə iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunub.



NRYTN-nin şöbə müdiri Rəşad Əzizov tədbirlə bağlı daha ətraflı məlumat verib.



Həmçinin 2019-2021-ci illər üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin “İKT innovasiyayti və startap ekosistemi” istiqamətində birgə həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.



Gürcüstanlı ekspert Mariam Avaliani bildirib: “Bildiyim qədəriylə Azərbaycanda startapların maliyyələşdirilməsi böyük əhəmiyyət daşıyır. Fikrimcə hər iki ölkə arasında startapların inkişafında böyük potensial var. Belə tədbirlərin keçirilməsi də təcrübə mübadilləsi aparmağa geniş imkan verir”.



Seminar öz işini sabah da davam etdirəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.