AZ
Video yüklə

Polis restoranı tərk etməyən dilənçini “kəllələdi”

75 baxış Son xəbərlər
Rumıniyanın qərbində yerləşən Qatay şəhərində polis restoranın açıq terrasına daxil olmuş dilənçini döyüb.

Hadisənin həvəskar görüntüsü “Liveleak” videoportalında yayılıb.

Kadrlarda polis əməkdaşının dilənçiyə yaxınlaşaraq ona başı ilə ağır zərbə endirdiyini görmək olur.

Görüntünün sosial şəbəkələrə sızaraq, bir milyondan çox baxış sayı qazanmasından sonra hadisə ilə əlaqədar araşdırma başlanılıb, adı açıqlanmayan polis əməkdaşı müvəqqəti olaraq xidmətdən kənarlaşdırılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.