Polis qızı axtarışa verdi
707 baxış
Son xəbərlər
Rusiya Daxili İşlər Nazirliyi Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü kafedə baş verən partlayışda şübhəli bilinən Daria Trepovanı axtarışa verib. Bu barədə TASS məlumat yayıb. Nazirliyin məlumat bazasında bildirilir ki, 1997-ci il təvəllüdlü Darya Evgenievna Trepova Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. İstintaq hesab edir ki, Sankt-Peterburq sakini Trepova kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış hərbi komissarın büstü olan qutu gətirib. Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub. Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.