AZ
Video yüklə

Polis onları belə tutub

1 837 baxış Son xəbərlər
Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.



Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar.



Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.



Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.