Pentaqondan F-35 açıqlaması
3 baxış
Son xəbərlər
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi Ellen Lord, Türkiyənin F-35 proqramından çıxarılmasının “geri dönüşü olub-olmaması” mövzusunda “Türkiyə müttəfiqdir. Bizim üçün strateji tərəfdaşdır. Məhz buna görə də hər zaman danışıqlar davam edəcək.” deyə açıqlama verib. Pentaqonda, ABŞ-ın hərbi yerləşdirilmə mövzusunda mətbuat konfransı keçirən Lord, Türkiyə ilə ABŞ arasındakı F-35 gərginliyinə dair sualları da cavablandırıb. Türkiyənin F-35 proqramı çərçivəsində istehsal etdiyi 900-dən artıq hissənin nə olacağı sualına isə məsləhətçi, “Bu 900-dən artıq hissənin hamısı başlanğıc olaraq ABŞ-a göndəriləcək” deyə cavab verib. Ellen Lord , mülkiyyəti Türkiyəyə aid təyyarələrin hələ də Luke hava bazasında olduğunu və aqibəti ilə bağlı “fərqli yol xəritələri üzərində” çalışmağa davam etdiklərini bildirib.
“Türkiyə ilə F-35 proqramı və digər münasibətləri ayrı-ayrı mövzulardır və bunları bir-birinə qarışdırmırıq.”
Ellen Lord, Türkiyənin F-35 proqramından çıxarılmasının Türkiyənin ABŞ-la digər ticarətlərinə təsir göstərib-göstərməyəcəyinə dair “ Türkiyə ilə F-35 mövzusu və digər fəaliyyətlərimizi ayrı tuturuq. Bu mövzu açıq şəkildə S-400 ilə F-35 problemidir” dedi. Türkiyənin F-35 proqramından çıxarılmasının geri dönüşü məsələsinə isə Pentaqon məsləhətçisi “ S-400 ilə F-35 bir-birilə düz gəlmir. Türkiyə bir müttəfiqdir. Bizim üçün strateji bir ortaqdır. Məhz buna görə də danışıqları davam etdiririk.” Cavabını verib. Lord, F-35 proqramına qatılımın 2002-ci ildən bu günə qədər qapalı olduğunu və bütün bu prosseslər ərzində Türkiyənin yerinə yeni bir ortaq ölkə ilə davam edilməyəciyini qeyd edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.