Pensiyalarla bağlı yeni qanunda hansı yeniliklər var? - TƏFƏRRÜAT

  • 24.12.2017
  • 0

Əmək pensiyaları haqqında qanun iki gün öncə qüvvəyə minib. Ancaq bir çox insan bu qanundakı yeniliklərin təfərrüatlarından xəbərsizdir. Xezerxeber.az məlumat verir ki, yeni qanunvericiliyə əsasən əvvəllər ancaq sığorta hissəsi artırılan pensiya məbləğinin indi hamısı indeksləşdiriləcəyindən pensiyaların ümumi həcmində hər il önəmli dərəcədə artımlar olacaq. Bundan başqa, pensiya yaşında təqaüdə çıxan, lakin işləməyə davam edən vətəndaşlar yenidən müraciət etdikdə ödədikləri sığorta məbləğinə uyğun olaraq pensiyalarında əlavə artımlar olacaq. Yeniliklərdən biri isə pensiya təyinatı ilə bağlı vətəndaş müraciət etdikdə ona konkret zaman ərzində bununla bağlı məlumatın verilməsidir. Əvvəllər bu müddət qısa olmadığından bəzən pensiya təyinatında yubanmalar olurdu. Daha bir yenilik isə pensiya yaşı bitib, pensiya almaq üçün müraciət etməyən şəxslərlə bağlıdır. Bu vətəndaşlar müddət ötməsinə baxmayaraq müraciət edə və köhnə ilə yeni qaydaların hansı onların pensiyasını yüksək məbləğdə hesablayırsa onu seçərək pensiyalarını ala bilərlər. Ümumilikdə yeni pensiya qanunu vətəndaşların müraciətinə daha qısa zamanda baxmağa və onlara daha yüksək həcmdə pensiya verməyə imkan yaradacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?