Pekində yaz festivalı keçirildi
7 baxış
Son xəbərlər
Novruz, Çuncie və Maslenitsa - müxtəlif xalqların yaz festivalı keçirilib
Pekində Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın və Belarusun Çindəki səfirliklərinin birgə təşkilatçılığı ilə müxtəlif xalqların yaz bayramına həsr olunan tədbir keçirildi. Azərbaycan və Mərkəzi Asiya xalqlarının Novruz, çinlilərin Çuncie, slavyan xalqlarının Maslenitsa bayramı yazın gəlişini, təbiətin, torpağın oyanışını ehtiva etdirir. Mərasimdə çıxış edənblər böyük bir coğrafi ərazidə yaşayan xalqların qeyd etdiyi bu ənənəvi bayramların həm də həmrəyliyi, sülhü, dostluğu tərənnüm etdiyini vurğuladı.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı qeyd etdi ki, Novruz bayramı ölkəmizdə yüz illərdir böyük coşqu ilə qeyd olunur, müstəqillik illərində isə bu bayram dövlət səviyyəsində daha təmtəraqla keçirilir. Bildirildi ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq isə 21 mart tarixi Beynəlxalq Novruz Günü kimi qeyd edilir.
Tədbirdə Novruz, Çuncie və Maslenitsa adət-aənənələrini, şənliklərini əks etdirən videoçarxlar nümayiş olundu.
Mərasim iştirakçıları ölkələrin milli stendləri ilə tanış oldular. Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətinə, musiqisinə, o cümlədən Novruz ənənələrinə dair əyani vəsaitlər, əl işləri, Azərbaycan istehsalı olan məhsullar nümayiş olunur. Azərbaycan mətbəxinin təamları, o cümlədən Xan plovu, kabab, dolma, qutab, Novruz şirniyyatları qonaqların ən çox maraq göstərdiyi mətbəx oldu.
Tədbirdə müxtəlif xalqların musiqi nömrələri, o cümlədən Azərbaycanın "Nəlbəki" rəqsi ifa olundu.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.