Paşinyanın saytı dağıdıldı, Əliyevin bu sözləri yazıldı

  • 14.07.2020
  • 0

Azərbaycan xakerləri bir sıra erməni saytlarını sındıraraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi” lozunqunu yerləşdiriblər. Axar.az Report-a istinadən xəbər verir ki, həmçinin Ali baş komandan İlham Əliyevin çıxışındakı “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından” fikri yerləşdirilib. Erməni saytlarında Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. Dağıdılan saytlar arasında Ermənistan baş nazirinin rəsmi səhifəsi olan https://www.primeminister.am/, Ermənistan hökumətinin saytı olan gov.am resursu da yer alır.

Nə düşünürsən?