AZ
Video yüklə

Paşinyanın Laçın dəhlizi qorxusu

14 baxış Son xəbərlər
“Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginlik artıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitində ikitərəfli görüş zamanı Putinlə söhbətində deyib: “Vəziyyət gərgindir. Dağlıq Qarabağ nizamlanması regionumuzda əsas məsələdir. Təəssüf ki, biz Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük və bununla bağlı böyük narahatlıq var. Və ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”.

Paşinyan çıxışı zamanı Laçın dəhlizinin müvəqqəti bağlanması ilə bağlı narahatlığını da dilə gətirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.