YPX.AZ izləyicilərindən biri ağır faciədən saniyələrlə yayınmasının videogörüntüsü bizə göndərib. O, Qaradağ rayonunda "Qobu Park" yaşayış kompleksinin daxilində avtomobillə hərəkət edərkən yolun kənarında dayanmış avtomobillərin arasından qəfil bir azyaşlı uşaq özünü yola atıb. Xoşbəxtlikdən sürücünün hərəkət sürəti az olub və belə halların ola bilməsi ehtimalını nəzərə olaraq ehtiyatla hərəkət edirmiş. Sürücü bir daha bildirdi ki, YPX.AZ vasitəsilə bütün valideynlərdən xahiş edir ki, övladlarına yol hərəkəti qaydaları, piyadaların vəzifələri haqqında danışınlar ki, gözlənilməz halda faciələr baş verməsin.