Xaçmaz sakini 10 il ərzində tikib başa gətirdiyi evinə sənəd almadığı üçün ehtiyacı olduğu ünvanlı sosial yardımı (ÜSY) ala bilmədiyini deyir.
120 manatlıq 3-cü qrup əlillik pensiyası ilə özü də daxil olmaqla 6 nəfərlik ailəsini dolandıran Vüqar İmanquliyev Azərbaycanda sənədsiz ev problemi olan yüzlərlə vətəndaşdan biridir.
Xaçmaz Rayon İcra Hakimiyyətindən deyirlər ki, vətəndaş evinin sənədlərini düzəltmək üçün dövlət qurumlarına müraciət etməlidir.

Xaçmaz Rayon İcra Hakimiyyətindən deyirlər ki, vətəndaş evinin sənədlərini düzəltmək üçün dövlət qurumlarına müraciət etməlidir.Xaçmaz sakini 10 il ərzində tikib başa gətirdiyi evinə sənəd almadığı üçün ehtiyacı olduğu ünvanlı sosial yardımı (ÜSY) ala bilmədiyini deyir.
120 manatlıq 3-cü qrup əlillik pensiyası ilə özü də daxil olmaqla 6 nəfərlik ailəsini dolandıran Vüqar İmanquliyev Azərbaycanda sənədsiz ev problemi olan yüzlərlə vətəndaşdan biridir.
Xaçmaz Rayon İcra Hakimiyyətindən deyirlər ki, vətəndaş evinin sənədlərini düzəltmək üçün dövlət qurumlarına müraciət etməlidir.
Xaçmaz sakini 10 il ərzində tikib başa gətirdiyi evinə sənəd almadığı üçün ehtiyacı olduğu ünvanlı sosial yardımı (ÜSY) ala bilmədiyini deyir.
120 manatlıq 3-cü qrup əlillik pensiyası ilə özü də daxil olmaqla 6 nəfərlik ailəsini dolandıran Vüqar İmanquliyev Azərbaycanda sənədsiz ev problemi olan yüzlərlə vətəndaşdan biridir.
Xaçmaz Rayon İcra Hakimiyyətindən deyirlər ki, vətəndaş evinin sənədlərini düzəltmək üçün dövlət qurumlarına müraciət etməlidir.Ramin Osmanovun sözlərinə görə, dövlət də bu məsələdən iqtisadi baxımdan ciddi ziyan çəkir.
"On minlərlə əmlak qeyri rəsmi qaydada alqı-satqı predmetinə çevrilir və buna görə də dövlətə rüsumlar və xidmət haqları ödənilmir. Proses vergi əməliyyatlarından kənar qalır. Notariat kontorlarında alqı-satqı əməliyyatları aparılmadığına görə Ədliyyə Nazirliyi itirir. Bələdiyyələr bu əmlakları vergiyə cəlb etməkdə ciddi problemlərlə üzləşirlər", o deyir.
Mütəxəssis hesab edir ki, bu vəziyyətdən çıxış yolu kimi ən optimal variant mühafizə zolağına və seysmik zonanın ərazisinə düşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsiylə bağlı qərar qəbul edilməsidir.
"Bütün evlərə sənəd veriləcək"
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, qurum özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır.
"Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir", məlumatda bildirilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya müsahibəsində "sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə prezidentinin göstərişi olduğunu" deyir.
"Bütün evlərə sənəd veriləcək, amma buna vaxt lazımdır", millət vəkili deyib.