Övladı əlindən alınna ara fəryad edir

  • 02.10.2024
  • 0

Övladını görə bilməyən ata media vasitəsi ilə kömək istəyib.

 

Bakı şəhər sakini İsmayılov Eyvaz  həyat yoldaşından boşandıqdan sonra  övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması barədə mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.

 

CityPost.az saytına danışan Eyvaz İsmayılov bildirib ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra azyaşlı övladı ilə vaxtında  görüşə bilmir.

 

“Övladım Elçin İsmayılov 6 yaşındadır. Özü də qüsurlu uşaqdır. Bu günün özündə danışa bilmir. Yoldaşımla boşandıqdan sonra məhkəmə həftədə 5 saat görüş təyin edib. Uşaq Ucar rayonu,Qarabörk kəndində anası ilə birlikdə yaşayır.  Mən isə  Bakı şəhəri,Yasamal rayonunda  yaşayıram. Bu səbəbdən də mənim uşağımla normal şəkildə  görüşməyim  süni  əngəllərlə  məhdudlaşdırılır. Bununla bağlı  Yasamal Rayon İcra Hakimiyyəti  Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına müraciət etmişəm.  Onların   saxta   faktlara   əsaslanan  qərarına  etiraz  etdiyimi  və  daha yüksək qurumlara  onlardan şikayət etdiyim üçün təyziqlərə məruz qalmışam. Komissiyanın  sədri  Təravət  Muradova  və  oranın  əməkdaşı  Elçin Əhmədov şikayət etdiyim  üçün  məni  ölümlə  hədələyirlər. Bu qanunsuz əməllərlə bağlı Yasamal  Rayon Prokurorluğuna şikayət  də  etmişəm”,- deyə  şikayətçi  bildirib.

 

Eyvaz İsmayılov  bildirib ki, 6 yaşlı  övladının  həyatı  hər  an təhlükədədir.