AZ
Video yüklə

Operativ Qərərgah təcili açıqlama yaydı

5 379 baxış Son xəbərlər
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 747 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, ötən müddət ərzində isə ümumilikdə 849 628 test aparılıb

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.