AZ
Video yüklə

Operativ Qərərgah təcili açıqlama yaydı

11 525 baxış Son xəbərlər
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, ötən müddət ərzində isə ümumilikdə 836 908 test aparılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.