AZ
Video yüklə

Ölkəmizdə investisiya və ticarət

12 baxış Son xəbərlər
Çinin paytaxtı Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi çərçivəsində “Azərbaycanda investisiya və ticarət” seminarı keçirildi. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi çinli iş adamlarını Azərbaycanın biznes mühiti, sərmayə və ticarət potensialı barədə məlumatlandırmaqdı. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirdi ki, siyasi və iqtisadi sabitlik, inkişaf etmiş infrastruktur və coğrafi yerləşmə, əlverişli sərmayə mühiti Azərbaycanı investisiya yatırmaq baxımından cəlbedici edir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 100 milyarddan çoxu xarici sərmayələrdir. Seminarda sənaye parklarında, yeni yaradılan Ələt Azad İqtisadi Zonasında investorlar üçün təklif olunan güzəştlər barədə məlumat verildi.
Qeyd olundu ki, rəşadətli Azərbaycan ordusunun 30 ilə yaxın işğal altında olan Qarabağı və Şərqi Zəngəzuru azad etməsindən sonra həmin ərazilərin bərpası və müvafiq iqtisadi fəaliyyətlərin yaradılması üçün böyük imkanlar yaranıb. bu ərazilərin iqtisadi potensialı, habelə Zəngəzur dəhlizi regional əməkdaşlığa böyük töhfələr verəcək. Artıq Qarabağın və Şərqi Zəngəzurun bərpası işlərinə başlanılıb. Ticarət nümayəndəsi Çin iş adamlarını Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işlərində fəal olmağa, həmin ərazilərdə yaradılacaq logistika və sənaye parklarında istehsal sahələrini yaratmağa çağırdı.

Azərbaycanın Avrasiyada və “Bir kəmər, bir yol” təşəbbüsü üzrə Çinin vacib tərəfdaşı olduğunu bildirən Çin Kommersiya Nazirliyinin Ticarətin İnkişafı Bürosunun direktor müavini Çen Huamin qeyd etdi ki, iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılması, Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoyuluşununun təşviqi istiqamətində ölkələrimizin müvafiq qurumları iş aparır.


“SATELLİTEHERD” ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ DON VEY:

"Bizim şirkət kosmik sənayesi üzrə kommersiya fəaliyyətini həyata keçirir. Biz “Azərkosmos” ASC ilə imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq yerüstü peyk idarəetmə mərkəzində yerüstü anten quraşdırmışıq. Gələcəkdə “Azərkosmos” ilə əməkdaşlığı daha da dərinləşdirməklə bağlı konkret planlarımız var".

CNEEC ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ Lİ CIQAN:

"Azərbaycanda çox rahat infrastruktur, rəqabətli biznes mühiti var. Təmsil etdiyim şirkət enerji, sənaye və inftastruktur sahəsində inşaat və əməliyyaltar həyata keçirir. Biz Azərbaycanla sıx əməkdaşlıq edirik, buna misal olaraq, su və istilik elektrik stansiyalarında aparılan yenidənqurma işlərində yaxından iştirak etmişik. Növbəti layihələrimiz də enerji infrastrukturu ilə bağlıdır".

ŞİRKƏT RƏHBƏRİ HUAN ÇAO:

"Yaxın zamanlarda Çendu şəhərində Azərbaycan Ticarət Evi açmaq niyyətindəyik. Bu platforma vasitəsilə Azərbaycanın keyfiyyətli qida sənayesi məhsullarını Siçuan vilayətinin istehlakçılarına təqdim edəcəyik. Ümidvarıq ki, bununla Azərbaycanı da Siçuan vilayətində tanıda biləcəyik"

Seminarda Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində görülən işlər, Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoymaq imkanları, Azərbaycan məhsullarınIn Çinə ixracının çoxaldılması barədə danışılaraq ölkəmizin turizm potensialına və nəqliyyat-logistika imkanlarına dair təqdimatlar edildi.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.