AZ
Video yüklə

Bakıdan uçan təyyarə İrəvana eniş etdi

759 baxış Son xəbərlər
Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.

Milli.Az bildirir ki, Bakıdan uçan təyyarə İrəvana eniş edib.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovunmüşayiəti ilə iki hərbi əsir - Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.

Həmin ermənilər iyulun 14-də səhər saatlarında Zəngəzurda Qara göl yaxınlığında itən əsgərlərdir.

Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib.

Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.