AZ
Video yüklə

Olimpiya oyunlarında qalmaqal-Britaniya vətəndaşı soyundu

22 baxış Son xəbərlər
Cənubi Koreyada keçirilən 2018 Qış Olimpiya Oyunlarında qalmaqallı hadisə baş verib. Kişilərin 1000 metrlik sürət yarışı yarışması əsnasında meydançaya bir kişi daxil olub və üzərində balerina ətəyi qalana qədər soyunub. O, sinəsində “sülh və sevgi” sözləri ilə rəqs etməyə başlayıb. Həmin kişinin Böyük Britaniya vətəndaşı Mark Roberts olduğu bildirilib. Belə ki, o, tez-tez yarış meydanlarına icazəsiz girərək müxtəlif hərəkətləri ilə məşhurdur. Roberts açıqlamasında çılğın hərəkətlər etməyi və insanları güldürməyi sevdiyini bildirib.
Roberts bu zamana qədər 22 fərqli ölkədə 562 fərqli tədbirdə meydana çıxaraq belə şoular göstərib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.