AZ
Video yüklə

Növbəti prezident o olacaq?

34 baxış Son xəbərlər
Qarşıdan gələn seçkilər ABŞ üçün, onun taleyi , dünyadakı nüfuzu, çəkisi və təsir imkanları üçün çox vacib və əhəmiyyətli olacaq. Çünki, İki bir-birinə tamamilə zidd nöqteyi-nəzərdən çıxış edən və fərqli düşüncəyə malik olan namizəd var. Biri hazırki prezident Donald Tramp və namizədliyi bir neçə gün əvvəl təsdiqlənmiş Co Bayden. Ona görə də hazırki dövrü Amerika Birləşmiş Ştatları üçün çox mürəkkəb və çətin dövr adlandırmaq olar. Bunu millət vəkili, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov deyib. Nəzərə alsaq ki, Birləşmiş Ştatlar Azərbaycanın strateji tərəfdaşıdır, onda bu seçkilərin bizim üçün də əhəmiyyəti böyükdür. Səməd Seyidov seçkilərin Azərbaycanda da diqqətlə izləniləcəyini deyir. Politoloqlar Cozef Baydenin Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmək şansını yüksək qiymətləndirirlər. Son rəy sorğuları da bunu deməyə əsas verir. Vitse-prezident postuna qaradərili xanımın namizədliyini irəli sürməsi isə onun şanslarını daha da artırır. Bu yolla Bayden afro-amerikalıların, asiya mənşli amerikalıların da səslərinə ümid edir. Politoloq Elxan Şahinoğlunun fikrincə, bu gün dünyanı maraqlandıran əsas məsələ qalib gələcəyi təqdirdə Cozef Baydenin xarici siyasətini necə quracağıdır. Tramp prezident seçiləndən sonra bəzi ağılasımaz qərarlar verdi. O, Amerikanı bir sıra təşkilatlardan çıxardı, NATO ölkələrinə üzvlük haqlarını artırmaqla bağlı ultimatum verdi, Çinlə ticarət savaşına başladı, İrana qarşı çox sərt siyasət yürütdü, bəzi ölkələrin maraqlarının toqquşmasına səbəb olan Yaxın Şərq sülh planını irəli sürdü. Bəs Bayden bunları təkrarlayacaqmı? Əsas sual budur. Demokratlar Partiyasından Birləşmiş Ştatların prezidenti postuna vahid namizəd Cozef Bayden 35 ildən çox Delaver ştatından senator seçilib və Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edib. O, seçkidə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək. Bayden ölkənin xarici siyasətində ən nüfuzlu şəxslərdən biri olub və dəfələrlə ABŞ Konqresinin Yuxarı Palatasında xarici işlər komitəsinin sədri seçilib. Senator olaraq Bayden, Vaşinqtonla Moskva arasında silaha nəzarətlə bağlı əməkdaşlığın lehinə olub və özü də bu işdə iştirak edib. ABŞ-ın Balkanlardakı vəziyyətə fəal müdaxiləsini dəstəkləyib. Daha sonra senator NATO-nun Yuqoslaviya Federal Respublikasına qarşı həyata keçirdiyi hərbi əməliyyatın tərəfdarı olub. Bayden NATO-nun şərqə doğru genişlənməsini də istəyib. Hətta Gürcüstan və Ukraynanın Şimali Atlantika Alyansına qəbul olunması ilə bağlı çağırış edib. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda və 2003-cü ildə İraqda hərbi əməliyyatlarının başlamasını dəstəkləyib. Qeyd edək ki, Birləşmiş Ştatlarda prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.