AZ
Video yüklə

Niderlandda zəfər konserti baş tutub

2 baxış Son xəbərlər
Haaqada zəfər bayramı qeyd edilib.

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Niderland Cəmiyyəti "Qələbə və sülh" adlı bayram konserti təşkil edib.

Konsert proqramı Haaqa şəhərində yerləşən “Theater de Vaillant”da baş tutub və 44 günlük haqq savaşından sonra qazanılan şanlı Zəfər Gününə həsr edilib.

Tədbirdə ölkədə fəaliyyət göstərən Diaspora təşkilatları və soydaşlarımızla yanaşı yerli sakinlər və digər millətlərin nümayəndəlıri də iştirak edib.

Tədbirin rəsmi hissəsində cəmiyyətin rəhbəri Frəngiz Bağırova çıxış edərək Qarabağın azad olunması uğrunda keçən il başlanan və 44 gün davam edərək nəhayət, xalqımızın şanlı Qələbəsi ilə başa çatan Zəfər bayramı haqda danışıb.

Bu qələbənin qazanılmasında xaricdə yaşayan soydaşlarımızın, o cümlədən də Niderlandda yaşayan azərbaycanləların müstəsna rolundan danışıb. Xalqımıza bu gözəl hisləri yaşatdıqlarına görə Azərbaycan Ordusuna və Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirib. Tədbirdə bir çox videolar nümayiş etdirilərək tamaşaçılara bu savaşın tarixi, səbəbi və ermənilər tərəfindən Azərbaycanın başına gətirilən fəlakətlər haqqında məlumat verilib.

Konsertin ikinci hissəsində Azərbaycandan gələn dəyərli kamança ifacısı, Əməkdar artist Xəyyam Məmmədov, xanəndə Nehmət Əliyev, Almaniyadan Qarabağ ansamblı və ansamblın solisti, 2005- ci il Muğam Müsabiqəsinin ve İpek yolu müsabiqəsinin qalibi Vüsalə Jabir və Niderlandda yaşayan musiqiçilər - bəstəkar-müğənni Elcan Rzayev və Frəngiz Bağırova gözəl musiqi əsərləri ifa ediblər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.