AZ
Video yüklə

Nayrobidə hotelə hücum - 11 ölü

54 baxış Son xəbərlər
Keniyanın paytaxtı Nayrobidə “DusitD2” adlı hotelə hücum olub.



“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, “Əş-Şəbab” terrorçu qruplaşmasının üzvləri hoteldə öncə partlayış törədiblər, daha sonra silahlı basqın ediblər.



Dərhal hadisə yerinə çağırılan polis əməkdaşları ilə terrorçular arasında atışma olub.



Atışma zamanı 11 nəfər ölüb. Yaralıların sayı məlum deyil. Hücum edən terrorçuların sayı bilinməsə də, onların zərərsizləşdirildiyi açıqlanıb.



Hoteldə və ətraf binalardakı sakinlər bölgədən təxliyyə ediliblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.