AZ
Video yüklə
Naməlum zəngləri dərhal bloklayın!

Bu video hazırda oynadıla bilmir.

Naməlum zəngləri dərhal bloklayın!

355 baxış Son xəbərlər
Mayın 12-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberü sulla 3500, 2000, 1457, 1000, 320, 180, 150, 93, 93, 39 manat və 31 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bax tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Nazirlik əhalini bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları tanımadıqları şəxslərlə bölüşməməyə çağırıb:

“Bunlar məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.