AZ
Video yüklə

Müştəri işindən narazı qaldığı bərbərin başını zorla qırxdı

32 baxış Son xəbərlər
Çinin Çuntsin şəhərində bərbərxanadakı qalmaqala görə müştərini həbs ediblər. Müştəri işindən narazı qaldığı bərbərin başını zorla qırxıb.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə hadisənin video görüntüsü yayılıb. Görüntüdə müştərinin bərbərə öz telefonunda hansı saç düzümü istədiyini göstərdiyi görünür. Hiss olunur ki, saç ustasının işindən narazı qalıb. Bərbər ona ciddi etiraz etmir. Buna baxmayaraq, müştəri onun başını zorla qırxmaq qərarına gəlir. Bərbər xeyli müqavimət göstərir. Sonda bunun mənasız olduğunu gördüyündən, müştəriyə rahat “qisas almağa” imkan verir.



“South China Morning Post” nəşrinin yazdığına görə, müştəri salondan uzaqlaşandan sonra bərbər polisə zəng vurub. Saç ustasının başını zədələyən adam həbs edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.