Müsəlman ölkəsində - Çox sayda ölü və yaralı var

  • 28.06.2019
  • 0

Tunisin paytaxtında iki güclü partlayış baş verib.


BBC xəbər verir ki, kamikadzelər üzərindəki partlayıcı qurğunu polis avtomobillərinin qarşısında işə salıblar. 


İkinci partlayış Fransanın Tunisdəki səfirliyinin yaxınlığında qeydə alınıb. Azı 2 nəfər həlak olub, çox sayda yaralı var. Tələfatın artacağı istisna edilmir.


Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib./Redaktor.az

Nə düşünürsən?