Murad Rusiyada maşınla 5 nəfəri vurub, 2-si ölüb
92 baxış
Son xəbərlər
Rusiyanın Sankt-Peterburq şəhərində Murad Qasımov adlı azərbaycanlı idarə etdiyi "BMW X6" markalı avtomobillə 5 nəfəri vurub.Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Nevski prospektində baş verib. Ağır yol qəzası nəticəsində 2 nəfər həlak olub, 3 nəfər ağır bədən xəsarətləri alıb.Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı cinayət işi açılıb. 30 yaşlı azərbaycanlı saxlanılaraq istintaq təxridxanasına yerəşdirilib. Qəza baş verən zaman M.Qasımovun narkotik maddənin təsiri altında olduğu bildirilir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.