Moldovada "Zəfər günü" qeyd olunub
6 baxış
Son xəbərlər
Moldovanın azərbaycanlı icması ölkəmizin 44 günlük Vətən Müharibəsində Qələbəsinin birinci ildönümünü qeyd edib.
Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Azərbaycanın Kişinyovdakı səfirliyi qarşısında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Türkiyənin Moldovadakı səfirliyi qarşısında Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri düzülüb.
Daha sonra bayram tədbiri Azərbaycanın Moldovadakı səfirliyində davam etdirilib. Burada qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, milli diaspor rəhbərləri, həmçinin DAK-ın və Azərbaycan icmasının fəxri üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar üçün maraqlı konsert proqramı hazırlanıb.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.