AZ
Video yüklə

Misir Qasımlı məhkəmədə prokurora çaqqal dedi

505 baxış Son xəbərlər
Ukrayna məhkəməsinin Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuması barədə məlumat vermişdik.


Oxu24.com xəbər verir ki, dünən keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.

Məhkəmə prosesində olduqca gərgin anlar yaşanıb.

Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin ədalətsiz qərarrına etiraz olaraq qışqırmağa başlayıblar.Misir Qasımlı prokurora "Çaqqal prokuror,sən satılmısan" deyərək onu təhqir etməyə başlayıb.Daha sonra onlar məhkəmə zalındakı şüşələrə yumruq zərbələri endirib.Nəticədə məhkəmə zalına polis əməkdaşları çağırılıb.

Sözügedən videonu təqdim edirik:



Xatırladaq ki, təqsirləndirilən şəxsin sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi onu döyməkdə şərləyib. Bildirib ki, onu qanunsuz olaraq həbsdə saxlayırlar.

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.