AZ
Video yüklə

Mirşahinin ailəsi də yoluxdu

1 863 baxış Son xəbərlər
REAL TV-nin rəhbəri Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə Teleqraf.com-a onun yaxınları məlumat verib.

Mirşahin Ağayev özünü narahat hiss etdiyinə görə xəstəxanaya müraciət edib.

Hazırda o, xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Həkimlər vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlər təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Trend xəbər verir ki, 3 gün əvvəl virusa yoluxan telekanal rəhbəri artıq "Yeni Klinika"ya yerləşdirilib.

Məlumata görə, M. Ağayevin ailə üzvlərindən də koronavirusa yoluxma faktı aşkarlanıb. Onun ailə üzvləri nəzarətə götürülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.